Yəməndə 134 min nəfər məcburi köçkün vəziyyətinə düşüb


  • 14:26

Münaqişələrin davam etdiyi Yəməndə son vaxtlar 134 000 nəfər məcburi köçkün vəziyyətinə düşüb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının (BMT) sözçüsü Kennedi Okot Omondi məlumat verib.

"Sentyabrın 22-nə olan məlumata görə, Yəməndə 134 000 nəfər ölkədaxili köçkün var. Köçkünlərin ən sıx cəmləşdiyi bölgə Taizdir, burada təxminən 75 000 köçkün məskunlaşıb" deyə təşkilat rəsmisi əlavə edib.

Omondi qeyd edib ki, Taizdə qeydə alınan bu rəqəm yerindən edilmiş əhalinin 56 faizini təşkil edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər