Avropa İttifaqı liderləri kritik infrastrukturların təhlükəsizliyini müzakirə edəcəklər


  • 2 Oktyabr 2022 08:53

Avropa İttifaqı liderləri gələn həftə kritik infrastrukturların təhlükəsizliyini müzakirə edəcəklər.

E-huquq.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tviterdə yazıb.

Onun sözlərinə görə, “Şimal axını” boru kəmərlərinə qarşı təxribat Aİ üçün təhlükədir: “Biz kritik infrastrukturumuzu təhlükəsiz saxlamaqda qərarlıyıq. Liderlər bu məsələni Praqada keçiriləcək sammitdə müzakirə edəcəklər”.

Qeyd edək ki, Aİ liderləri oktyabrın 7-də Çexiyanın paytaxtında görüşməlidirlər.

Oxşar xəbərlər