Banqkokda hava çirkliliyinin artması ilə bağlı əhaliyə xəbərdarlıq edildi


  • 26 Yanvar 2023 15:35

Banqkokda hava çirkliliyinin təhlükəli həddə çatması səbəbindən insanlara evdən işləmək və qoruyucu maskası taxmaq tövsiyə olunub.

E-huquq.az "Guardian" nəşrinə istinadən xəbər verir ki, hökümət hava çirkliliyinin daha da artmaması üçün insanları şəxsi nəqliyyat vasitələri əvəzinə ictimai nəqliyyatdan istifadə etməyə, çirklənməyə səbəb olan fəaliyyətləri azaltmağa çağırıb.

Banqkok qubernatoru Çadçart Sittipunt çirklənmənin artacağının gözlənildiyini, lakin məktəblərin bağlanmasına ehtiyac olmadığını deyib.

"İnsanlardan səfər planlaşdırmadan əvvəl çirklənmə səviyyəsini yoxlayaraq hazırlıqlı olmalarını xahiş edirəm. Vəziyyət pisləşərsə, məhdudiyyətlər tətbiq olunacaq", - deyə Sittipunt qeyd edib.

Eltac Nurullazadə

Oxşar xəbərlər