Fəhlələri aparan mikroavtobus yük maşını ilə toqquşub: 9 nəfər yaralanıb


  • 7 Dekabr 2023 16:16

Türkiyənin Hatay vilayətində baş verən ağır yol qəzasında 9 nəfər yaralanıb.

E-huquq.az-ın İHA-ya istinadən məlumatına görə, Ərzin rayonunda tekstil fabrikinin işçilərini aparan mikroavtobus ilə yük maşını toqquşub:

Qəza nəticəsində mikroavtobusun sürücüsü və 8 işçi yaralanıb.

Hadisə yerinə çoxlu sayda təcili tibbi briqadası göndərilib.

Yaralılar şəhərdəki xəstəxanalara aparılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər