İstanbulda silahlı insident, ölən və yaralılar var


  • 11 Dekabr 2023 09:28

Türkiyənin İstanbul şəhərində silahlı insident zamanı 1 nəfər ölüb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbulun Güngören adlı ərazisində iki qrup arasında başlayan mübahisə silahlı insidentə çevrilib. Nəticədə 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Hadisə yerinə polis və təcili tibbi yardım qrupları göndərilib.

Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb. Onlardan biri bütün tibbi müdaxilələrə baxmayaraq dünyasını dəyişib.

Şübhəlilərdən biri saxlanılıb, digərlərinin tutulması üçün əməliyyat-axtarış tədbirləri davam edir.

Hadisə ilə əlaqədar polis ərazidə təhlükəsizlik tədbirlərini gücləndirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər