Polşada silah zavodunda partlayış olub, ölən və yaralanan var


  • 11 İyun 12:18

Polşada silah fabrikində baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb.

E-huquq.az xəbər verir ki, bu barədə silah istehsal edən şirkətlər birliyi olan Polşa Silahlanma Qrupu məlumat yayıb.

Məlumata görə, ölkənin cənubunda Skarzysko-Kamiennada yerləşən, raket və raketlərin yanacağının saxlandığı fabrikdə partlayış baş verib.

Partlayışdan sonra başlayan yanğında 59 yaşlı fəhlə həyatını itirib, 1 nəfər isə xəsarət alıb.

Məlumatda bundan əvvəl baş verən bəzi yanğınların təxribat xarakterli olduğu qeyd olunur.

Polşanın baş naziri Donald Tusk isə silah zavodunda baş verən partlayış və yanğının arxasında "xarici qüvvələrin" dayandığını düşünməyə əsas olmadığını söyləyib.

Qeyd edək ki, Ukraynaya ləvazimat sözügedən silah zavodundan verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər