- 26 Sentyabr 23:34
Ağstafada qətl hadisəsi baş verib.
E-huquq.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, 1992-ci il təvəllüdlü Rəşad İsmayılov bıçaqlanaraq qətlə yetirilib.
Araşdırmalar zamanı məlum olub ki, Rəşad İsmayılovu aralarında baş verən mübahisə zamanı Samir Şükürov bıçaqlayaraq qətlə yetirib.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Samir Şükürüov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Azərtac