Qanun qadın və kişi arasında vərəsəlikdə fərq qoyurmu?


  • 20 Fevral 2023 13:53

“Bəziləri səmavi dini kitablardakı əmrlərlə qanunun müddəalarını qarışdırırlar və elə zənn edirlər ki, qadın və kişi arasında qanunvericilikdə fərqli müddəalar var”.

E-huquq.az xəbər verir ki, bunu vəkil Turan Abdullazadə deyib

O bildirib ki, qanunda vərəsəlikdə qadın və kişi arasında heç bir fərq qoyulmur.

“Ölmüş şəxsin, yəni miras qoyanın əmlakı onun övladlarına qanun üzrə və ya vəsiyyət üzrə ya da hər iki əsasla keçə bilər. Qanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur. Yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qanun üzrə vərəsəlik zamanı vərəsələr, miras qoyanın öldüyü məqamda sağ olmuş övladları və ya ölümündən sonra doğulmuş övladları ola bilər. Qadın və yaxud da kişi olmasından asılı olmayaraq, qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları bərabər pay hüquqlu vərəsələr hesab olunurlar", - deyə vəkil qeyd edib.

Eltac Nurullazadə

Oxşar xəbərlər