Oğuzda həyat yoldaşını baltalayan kişinin ibtidai istintaqı başa çatdı


  • 29 May 2023 15:00

Oğuz sakini həyat yoldaşına kəsici alətlə xəsarət yetirməkdə ittiham olunan Nazim Rəhimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş materialları baxılması üçün Oğuz Rayon Məhkəməsinə göndərilib.

İş hakim Səadət Zeynalovanın icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyunun 6-da keçiriləcək.

Qeyd edək ki, 1962-ci il təvəllüdlü Nazim Rəhimov aralarında yaranan mübahisə nəticəsində həyat yoldaşı, 1966-cı il təvəllüdlü Sevinc Rəhimovaya kəsici alətlə başından xəsarət yetirib. Daha sonra 61 yaşlı N.Rəhimov bıçaqla özünə xəsarət yetirib və sirkə turşusu içərək intihara cəhd edib. Ağır xəsarətlər alan 57 yaşlı S.Rəhimova və 61 yaşlı N.Rəhimov Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Nazim Rəhimova qarşı Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər