Şamaxıda evlərdən silsilə oğurluqlar edən şəxsin məhkəməsi başlayır


  • 3 İyun 2023 12:24

Şamaxı rayonunda yerləşən evlərdən oğurluq etməkdə təqsirləndirilən Zamir İmanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilib.

Hakim Fərid Yaqubovun sədrliyi ilə keçiriləcək Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, yanvar-fevral aylarında silsilə oğurluqlar edilməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini Z.İmanov elə “iş başında” yaxalanıb. Belə ki, sonuncu dəfə rayon ərazisində yerləşən evlərin birindən oğurluq etmək istəyən həmin şəxs tutularaq istintaqa təhvil verilib. O, ifadəsində rayon ərazisindəki yaşayış olmayan daha 40-a yaxın mənzildən oğurluq etdiyini və əldə etdiklərini yaşadığı evin həyətyanı sahəsindəki tövlədə gizlətdiyini bildirib. Z.İmanova qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər