Lənkəranda külli miqdarda narkotiklə tutulan şəxs hakim qarşısına çıxarılır


  • 3 İyun 2023 18:32

Lənkəranda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsiləndirilə Vüsal Tahirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İşə hakim Müşfiq Məmmədovun sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclası iyunun 12-nə təyin olunub.

Qeyd edək ki, Lənkəran şəhər sakini Vüsal Tahirov DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərinə və idarə etdiyi avtomobilə baxış zamanı ümumilikdə 62 kiloqram, o cümlədən 23 kiloqram heroin, 7 kiloqram tiryək, 24 kiloqram marixuana və 8 kiloqram metamfetamin aşkarlanıb. V.Tahirova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər