- 11 Fevral 17:38
“Məhsul” stadionunun Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyev və stadionun – “Yasamal” idman-sağlamlıq klubunun direktoru Alik Həsənovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Dövlət ittihamçısı təqsirləndirilən şəxslərin - Nadir Əliyev və Alik Həsənovun 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Təqsirləndirilən şəxslərin vəkilləri çıxış üçün vaxt istəyib.
Növbəti məhkəmə prosesi iyunun 3-nə təyin edilib.
Təqsirləndirilən şəxslər - Nadir Əliyev və Alik Həsənova Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təkrarən təhrik etmə) maddələri ilə ittiham elan edilib.
Orxan Rasifoğlu