Ağır cinayətlərə görə məhkum edilmiş jurnalistlərin adları Media Reyestrinə daxil edilməyəcək


  • 26 Sentyabr 2022 16:08

Ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilən jurnalistlərin Media Reyestrinə daxil edilmək üçün müraciətindən imtina ediləcək.

E-huquq.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Media Reyestrinin aparılması Qaydaları”nda öz əksini tapıb.

Qeyd olunub ki, habelə jurnalistlərin məhkumluğu ödənilmədikdə və ya götürülmədikdə Media Reyestrinə daxil edilmək üçün müraciətindən imtina ediləcək.

Qeyd edək ki, Media Reyestrinə daxil edilmək üçün müraciət etmiş jurnalistlərin Reyestrə daxil edilməsindən imtina olunan hallar müəyyənləşib.

Oxşar xəbərlər