İsrail səfiri Azərbaycan xalqına başsağlığı verdi


  • 27 Sentyabr 2022 15:24

“Bu gün 27 sentyabr - Vətən müharibəsinin Anım Günündə biz Azərbaycandakı və regiondakı dostlarımızla birlikdə münaqişə qurbanlarını yad edirik”.

E-huquq.az xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik "Twitter"də yazıb.

O, şəhid ailələrinə dərin hüznlə başsağlığı verib: “Biz Cənubi Qafqazda sülhün bərqərar olması üçün dua edirik ki, bu da hər kəsin şərəfli gələcəyini təmin edəcək”.

Oxşar xəbərlər