- 21:25
Azərbaycanda deputatların vəzifə maaşları artırılıb.
E-huquq.az xəbər verir ki, bu, "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Qanunda edilən dəyişiklikdə öz əksini tapıb.
Fərmana əsasən, Milli Məclisin sədrinin vəzifə maaşı 3550 manatdan 17000 manata yüksəldilib.
Bundan başqa, Milli Məclis sədrinin birinci müavini 16000 manat, Milli Məclis sədrinin müavini 15000 manat, Milli Məclisin komitə və komissiya sədri 13000 manat, Milli Məclisin komissiya və komitə sədrinin müavini 11500 manat, Milli Məclisin deputatı 9000 manat məbləğində aylıq vəzifə maaşı alacaq.