Aktyor Tom Corcson vəfat etdi


  • 13:30

Britaniyalı aktyor Tom Corcson 88 yaşında vəfat edib.

E-huquq.az xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb.

Aktyorun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Corcson Liverpul şəhərində anadan olub. O, ən çox “Boy from the Blackstuff (1982)”, 2Scully (1984)”, “G. B. H. (1991)”, “Between the Lines (1992–1994)” kimi Britaniya televiziya seriallarındakı rolları ilə tanınıb.

Aktyor, həmçinin “Doctor Who”, “Poirot”, “Midsomer Murders”, “Foyle's War”, “Ashes to Ashes” və digər layihələrdə ikinci plan rolları canlandırıb.

Humay Eminqızı

Oxşar xəbərlər