İlham Əliyev: 2021-ci ildən sonra bütün illər boyu Novruz ərəfəsində Qarabağdayam, bu, böyük xoşbəxtlikdir


  • 18:54

Prezident İlham Əliyev birinci dəfə 2021-ci ildə, ondan sonra da bütün illər boyu Novruz ərəfəsində Qarabağda olduğunu bildirib və bunu böyük xoşbəxtlik adlandırıb.

E-huquq.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Xocavənd rayonunun Xanoba kəndinə qayıdan sakinlərlə görüşündə danışıb.

"Birinci dəfə 2021-ci ildə, ondan sonra da bütün illər boyu Novruz ərəfəsində Qarabağdayam və Novruz tonqalını da Qarabağda birlikdə qalayırıq. Bu, böyük xoşbəxtlikdir", - Prezident vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, artıq iki ildir ki, bu diyar işğalçılardan azad olunub:

"Xanoba kəndi 2023-cü ilin sentyabr ayında işğaldan azad edilib və bundan sonra artıq bərpa işləri başlanılıb. Evlər yenidən tikildi-quruldu, bütün şərait yaradıldı. Yəni bu şanlı Zəfərimiz artıq neçə ildir bizim qürur mənbəyimizdir. Mən altıncı ildir ki, Novruz bayramını Qarabağda qeyd edirəm".

Oxşar xəbərlər