Dövlət Baxçalı Şuşada məktəb tikdirmək istəyir


  • 16 Yanvar 18:14

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Şuşada "Ülkü Ocaqları Təhsil və Mədəniyyət Vəqfi" tərəfindən ibtidai məktəb açılmasını təklif edib.

E-huquq.az xəbər verir ki, bu barədə MHP lideri özünün "Twitter" səhifəsində paylaşım edib: “Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın icazəsi varsa və Azərbaycan Prezidenti cənab İlham Əliyev bunu məqsədəuyğun hesab edərsə, Şuşada şəxsən mənim göstərişimlə doqquz fənn üzrə ibtidai məktəb inşa etmək bizim məqsədimizdir”.

MHP lideri keçən il Qarabağın işğaldan azad olunmasını türk millətinin son illərdə əldə etdiyi ən böyük qələbə adlandırıb və bununla sevinc və qürur duyduqlarını ifadə edib: “Qarabağın əsas mərkəzi olan Şuşanın 8 Noyabr 2020-ci ildə xilası terrorçu dövlət Ermənistanın şikəst xəyallarını məhv etdi. Şuşa strateji mövqedən əlavə o qədər də Türk mədəniyyəti və tarixinin simvolu olan bir yerdir. Azərbaycanın mədəniyyət və incəsənət həyatının mənbələrindən biri olan Şuşanın inkişafı və burada yaşayan Türk uşaqlarının gələcəyini təmin etmək bizim mənəvi məsuliyyətimizdir, bu qədim türk şəhərinin təhsil və təlim həyatına dəstək vermək əvəzolunmaz borcumuzdur”.

Dövlət Baxçalı Azərbaycan himninin sözlərinin müəllifinin şair Əhməd Cavada, musiqisinin isə Üzeyir Hacıbəyliyə məxsus olduğunu xatırladaraq, yanvarın 30-da məktəbin ilk təməlinin qoyulmasını arzu etdiklərini bildirib.

Oxşar xəbərlər