Türkiyədə zəlzələ oldu


  • 7 Sentyabr 14:33

Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda 4,9 bal gücündə zəlzələ olub.

E-huquq.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Zəlzələ yerli vaxtla saat 12:35-də, yerin 7.72 km dərinliyində baş verib.

Türkiyə daxili işlər naziri Əli Yerlikaya bildirib ki, ətraf rayonlarda da hiss edilən zəlzələ ilə bağlı AFAD və aidiyyəti qurumların bütün briqadaları sahə araşdırmalarına başlayıb.

Oxşar xəbərlər