- 11:14
Türkiyənin Balıkesir şəhərində ardıcıl 4 zəlzələ baş verib.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Məlumata görə, Balıkesirin Sındırgı rayonunda səhər saatlarında ardıcıl 4 zəlzələ baş verib.
4,7 maqnitudalı ilk zəlzələ səhər saat 6:16-da qeydə alınıb.
Saat 06:20-də və 06:21-də 4,5 bal gücündə, saat 07:45-də isə 4 bal gücündə zəlzələ baş verib.
Yeraltı təkanlar ətraf əyalətlərdə hiss edilib.
Dağıntı və tələfat qeydə alınmayıb.
Şəbnəm Mehdizadə