- 17:47
Avropa ölkələri Ukraynanın NATO-ya üzvlüyünün yersiz olduğu anlayışını pozmağa çalışır.
E-huquq.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.
“Onlar Ukraynanın NATO-da yeri olmadığı barədə anlayışı pozmaq istəyirlər və bunun üçün müxtəlif arqumentlərə əl atırlar, hətta bunun hüquq və azadlıqların məhdudlaşdırılması olduğunu və s. iddia edirlər”, - Lavrov bildirib.
Xarici işlər naziri həmçinin qeyd edib ki, Ukraynanın NATO-ya daxil olması müqabilində ölkə ərazisinin bir hissəsinin verilməsi və rus dilinin, eləcə də kanonik Ukrayna Pravoslav Kilsəsinin qadağan edilməsinə yönəlmiş diskriminasiya xarakterli qanunların saxlanılması ilə bağlı təkliflər ciddi qəbul edilə bilməz.
Lavrov bəyan edib ki, Kiyev və Brüssel Rusiya və ABŞ arasında ötən ilin avqustunda Alyaskada keçirilən liderlər sammitində əldə edilmiş razılaşmaları pozmağa çalışır. Onun sözlərinə görə, Rusiya Vaşinqtonun təkliflərini, o cümlədən bir sıra ciddi kompromisləri qəbul edib.
Humay Eminqızı