- 19:35
"Azərbaycanın İranla münasibətlərə xüsusi həssaslıqla yanaşmasına baxmayaraq İran tərəfinin Azərbaycana namərd münasibətinin şahidi olduq".
Bunu e-huquq.az-a açıqlamasında Milli Məclsiin deputatı Aydın Mirzəzadə deyib.
O, İranın Naxçıvana dron hücumlarını pisləyib: "Azərbaycan İrana qarşı hərbi əməliyyatlarda iştirak etmir. Öz ərazisindən başqa dövlətlərin İrana qarşı istifadə etməsinə icazə vermir. Lakin İran hərbi dronlarla Azərbaycanın mülki obyektlərinə zərbə endirir. Həmin dronlardan biri məktəb binasının yanında düşüb. Əgər dron məktəbin binasına düşsəydi, onlarla şagird və müəllim zərər çəkə bilərdi".
Deputat bildirib ki, İran zorla Azərbaycanı təxribata çəkmək istəyir: "İran Azərbaycanın gücünü yoxlamağa çalışır. Bununla da İran Azərbaycanı öz təsiri altına çalışır. Onların hücumu əlbəttə cavabsız qalmır və qalmayacaq. Nə İran, nə də başqa dövlətin Azərbaycanın suverenliyinin qəsdinə yol verilməyəcək. Bunu edənlər layiqli cavabını alacaqlar".
A.Mirzəzadə deyib ki, İran Azərbaycana qarşı təxribatlardan çəkinməlidir: "Yaxşı olar ki, İran Azərbaycanı təxribata çəkmək planlarından əl çəksin. Azərbaycan hər zaman özünü qorumağı bacarıb. Vətən müharibəsi zamanı və sonrakı mərhələdə gedən proseslər bunu bir daha sübut etdi".
Şəbnəm Mehdizadə