Türkiyədə 20 nəfər qidadan zəhərlənib


  • 14:21

Türkiyənin Sakarya vilayətinin Adapazarı rayonunda keçirilən məclisdə kütləvi zəhərlənmə baş verib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məclisə qatılan şəxslərdən bəziləri mərasim zamanı təqdim olunan yeməkdən sonra özlərini pis hiss edib.

Əraziyə təcili tibbi yardım briqadaları cəlb olunub. Qarın ağrısı, qusma və ürəkbulanma şikayətləri olan 20 nəfər ətrafdakı xəstəxanalara çatdırılıb.

Həmin şəxslərə qida zəhərlənməsi diaqnozu qoyulub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər