- 15:50
Suriyada İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyat nəticəsində dörd nəfər saxlanılıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, əməliyyat Suriya Daxili Təhlükəsizlik Qüvvələri və Baş Kəşfiyyat İdarəsi tərəfindən həyata keçirilib.
Əməliyyat zamanı İŞİD-lə əlaqəli hücrə zərərsizləşdirilib və onun dörd üzvü saxlanılıb.
Məlumata görə, fəaliyyətləri Raqqa, Hələb, İdlib və Homs bölgələrində izlənilən qrup üzvləri adam oğurluğu, kustar üsulla hazırlanmış partlayıcı qurğuların (KUPQ) yerləşdirilməsi və sui-qəsdlərin təşkilində ittiham olunurlar.
İstintaq çərçivəsində qrup üzvlərinin ən azı beş adam oğurluğu hadisəsində birbaşa iştirak etdiyi və ölkənin təhlükəsizliyi ilə sabitliyinə qarşı yeni hücumlar planlaşdırdığı müəyyən edilib.
Əməliyyat zamanı, həmçinin terror aktlarında istifadə olunması nəzərdə tutulan külli miqdarda partlayıcı maddənin ələ keçirildiyi bildirilib.
Şəbnəm Mehdizadə