- 15:36
Türkiyənin İstanbul şəhərinin Eyüpsultan rayonunda güclü yağışdan sonra torpaq sürüşməsi baş verib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə axşam saatlarında başlayan yağışdan sonra qeydə alınıb.
Torpaq sürüşməsi ilə bağlı əraziyə polis, yanğınsöndürənlər və bələdiyyə əməkdaşları cəlb olunub. Təhlükəsizlik tədbirləri görülüb, yanğınsöndürənlər isə sürüşmə baş verən ərazidə və yaxınlıqdakı binada yoxlama aparıblar.
İlkin qiymətləndirmədən sonra ehtiyat tədbiri olaraq binada yaşayan 25 nəfər təxliyə edilib.
Mütəxəssislərin gün işığında sürüşmə baş verən ərazidə və təxliyə edilən binada əlavə yoxlamalar aparacağı bildirilib.
Şəbnəm Mehdizadə