Hindistanda daşqınlar nəticəsində 62 nəfər ölüb


  • 15:07

Hindistanın Uttar-Pradeş əyalətində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 62-yə çatıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bölgədə artıq üç gündür güclü yağışlar davam edir.

Rəsmilər daşqınlar nəticəsində 62 nəfərin həyatını itirdiyini, 46 nəfərin isə xəsarət aldığını bildiriblər.

Məlumata görə, 1000-dən çox evə ziyan dəyib. Bir sıra məktəblərdə dərslər dayandırılıb. Sakinlərə daşqınların baş verdiyi ərazilərə zərurət olmadan getməmələri barədə xəbərdarlıq edilib.

Güclü yağışlar Hindistanın şərqində yerləşən Odişa ştatında da daşqınlara səbəb olub. Burada 75 mindən çox insan təhlükəsiz ərazilərə təxliyə edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər