Mirzoyan Pezeşkiana TRIPP layihəsinin icrası barədə məlumat verdi


  • 21:10

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İran Prezidenti Məsud Pezeşkianla görüşüb.

E-huquq.az xəbər verir ki, görüş oktyabrın 5-də baş tutub. Tərəflər Ermənistan və İran arasında siyasi təmasların fəal gündəliyini məmnunluqla qeyd ediblər.

Görüş zamanı enerji, infrastrukturun inkişafı və kommunikasiyaların açılması sahələrində qarşılıqlı faydalı əməkdaşlıq layihələrinə xüsusi diqqət yetirilib. Ararat Mirzoyan TRIPP layihəsinin icrasının gedişi barədə İran Prezidentinə məlumat verib.

Tərəflər regional sabitlik və təhlükəsizlik məsələləri ətrafında da fikir mübadiləsi aparıblar.

Görüşdə İranın İrəvanda keçiriləcək COP17 konfransında yüksək səviyyədə iştirakı məsələsi də müzakirə olunub.

Oxşar xəbərlər