Danimarkada 8,8 milyon insanın məlumatları oğurlanıb


  • 17:29

Danimarkada 8,8 milyon inanın şəxsi məlumatları ələ keçirilib.

E-huquq.az xəbər verir ki, bu barədə Danimarkanın Tədqiqat, Təhsil və Rəqəmsallaşma Nazirliyi məlumat yayıb.

Məlumata görə, Mərkəzi Əhali Qeydiyyat Sistemində (CPR) qeydiyyatda olan təxminən 8,8 milyon şəxsin məlumatları icazəsiz ələ keçirlib.

Məlumata görə, naməlum şəxslər Danimarka şirkətlərindən birinin CPR sisteminə qanuni çıxış imkanından sui-istifadə edib. Nəticədə sistemdə qeydiyyatda olan təxminən 8,8 milyon şəxsin adı, ünvanı və CPR nömrəsi ələ keçirilib.

CPR sisteminin idarəetmə qurumunun sözügedən şirkətin sistemə girişini dayandırdığı və hadisə ilə bağlı araşdırmaya başlanıldığı qeyd olunub.

Danimarkanın tədqiqat, təhsil və rəqəmsallaşma naziri Kristina Egelund hadisənin son dərəcə ciddi olduğunu bildirib. O, səlahiyyətli qurumlarla birlikdə hadisənin bütün aspektlərinin araşdırıldığını deyib.

Nazir gələcəkdə oxşar halların qarşısının alınması məqsədilə CPR nömrələrinin qorunması ilə bağlı yeni tədbirlərin başladıldığını açıqlayıb və Danimarka vətəndaşlarını diqqətli olmağa çağırıb.

Danimarka mediasının məlumatına görə, ölkənin əhali qeydiyyatının aparıldığı CPR sistemində ümumilikdə 11 milyon şəxsin məlumatları mövcuddur. Bu məlumatlar arasında xaricdə yaşayan və vəfat etmiş şəxslər də yer alır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər