Vyetnamda yemək üçün 2 700 pişik oğurlayan dəstə saxlanılıb


  • 17:39

Vyetnamda məhəllələri gəzərək yemək üçün pişikləri oğurlayan 12 nəfərlik dəstəsaxlanılıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir k, araşdırma zamanı dəstə üzvlərinin təxminən 2 700 pişiyi oğurladığı müəyyənləşib.

Polis onların istifadə etdiyi avadanlıqlar arasında xəz təmizləmə aparatları, pişik tələləri və tərəzilərin də olduğunu açıqlayıb.

Vyetnam mediasının məlumatına görə, oğurlanan pişiklər restoranlara kiloqramı ən azı 70 min donqa satılıb.

Vyetnamda pişik və it ətinin istehlakı qanuni olsa da, heyvanların satışı ilə məşğul olan şəxslər onların mənşəyini təsdiqləyən sertifikat əldə etməlidirlər. Ölkədə bir sıra restoranlar bu məhsulları açıq şəkildə reklam edə bilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər