Bakıda məktəbli qətlə yetirildi - Sinif yoldaşı tutuldu


  • 17:45

Bakıda qətl hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, hadisə Nizami rayonu ərazisində yerləşən məktəbin yaxınlığında baş verib.

Məlumata görə, 9-cu sinif şagirdi sinif yoldaşını bıçaqlayaraq öldürüb.

Əməli törətməkdə şübhəli bilinən 2012-ci il təvəllüdlü yeniyetmə polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Faktla bağlı Nizami rayon prokurorluğunda cinayət işi başlanıb.

Mənbə: APA

Oxşar xəbərlər