- 25 Sentyabr 17:13
“Qalatasaray” 23-cü dəfə Türkiyə çempionu olması münasibətilə Bursa şəhərində keçirilən şənlik mərasimində insident baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, naməlum şəxs idarə etdiyi avtomobili azarkeşlərin üzərinə sürüb. Hadisə nəticəsində 2 nəfər xəsarət alıb.
Qəzəblənən kütlə avtomobilə hücum edərək sürücünü maşından çıxarmaq istəyib. Lakin sürücü oradan qaçmağı bacarıb. Daha sonra o, polis bölməsinə gələrək təslim olub
Faktla bağlı araşdırmalara başlanılıb.
Şəbnəm Mehdizadə