- 17:08
Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) Suriyanın Mənbic bölgəsində əməliyyat keçirib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, əməliyyat zamanı terror təşkilatı YPG/YPJ-nin Mənbicdəki məsul şəxsi Uman Dərviş mühafizəçiləri ilə birlikdə zərərsizləşdirib.
Qeyd edək ki, “Şervin Derik” kod adlı Ü.Dərviş Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı etdiyi hərəkətlərə və Türkiyədə əməliyyat keçirmək üçün təlim keçmiş terrorçulara komandanlıq etdiyinə görə MİT-in hədəf siyahısına daxil edilmişdi.
Şəbnəm Mehdizadə