Türkiyədə ağır yol qəzasında 7 nəfər xəsarət alıb


  • 26 Fevral 15:46

Türkiyənin Mersin şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, Mersinin Yenişehir rayonunda təcili yardım maşını ilə avtomobilin toqquşması nəticəsində 7 nəfər xəsarət alıb.

Qəza yerinə təcili tibbi yardım, polis və bələdiyyənin xilasetmə qrupları cəlb edilib.

Yaralılar ətrafdakı xəstəxanalara aparılıb.

Araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər