- 10:42
Kanada ABŞ-nin mümkün hərbi müdaxiləsi ilə bağlı fövqəladə vəziyyət planlarını nəzərdən keçirir.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Kanada Baş naziri Mark Karni ABŞ administrasiyasının ölkəyə qarşı hərbi əməliyyat keçirməsi ehtimalını fövqəladə risk kimi qiymətləndirib və belə ssenariyə hazırlıq görüldüyünü bildirib.
Karni detalları açıqlamasa da, ABŞ-nin Kanadanı 51-ci ştata çevirmək barədə açıqlamalarının ciddi şəkildə təhlil edildiyini deyib. Kanadanın müdafiə naziri Devid Makqinti də ordunun müxtəlif risk ssenarilərini qiymətləndirdiyini təsdiqləyib.
Kanadanın müdafiə planlaşdırması üzrə keçmiş yüksək vəzifəli rəsmisi, general-leytenant Endryu Lesli bildirib ki, ölkənin fövqəladə vəziyyət planları mövcuddur və beynəlxalq vəziyyətə uyğun olaraq yenilənib. Onun sözlərinə görə, ABŞ administrasiyasının Kanada və Qrenlandiya ilə bağlı açıqlamaları bu planların yenidən nəzərdən keçirilməsinə səbəb ola bilər.
Qeyd edək ki, ABŞ-nin Hind-Sakit Okean Komandanlığının rəhbəri admiral Samuel Paparo isə ABŞ-nin Kanadaya hərbi müdaxiləsi ehtimalını rədd edərək bunu absurd ssenari adlandırıb.
Şəbnəm Mehdizadə