Türkiyədə kütləvi davada 11 nəfər yaralanıb


  • 2 Aprel 16:57

Türkiyənin Tekirdağ şəhərində yaşayış binalarının birində qonşular arasında kütləvi dava olub.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bina sakinləri arasında kommunal məsələlərlə bağlı mübahisə düşüb. Qısa müddət sonra mübahisə davaya çevrilib.

Dava zamanı tərəflər bir-birinə daş və dəyənəklə hücum edib. Nəticədə 11 nəfər yaralanıb.

Hadisə yerinə jandarma və 112 təcili tibbi yardım qrupları cəlb edilib.

Yaralılar ətrafdakı xəstəxanalara göndərilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər