İzmirdə FETÖ-yə qarşı əməliyyatda 5 nəfər saxlanılıb


  • 11 İyun 12:48

Türkiyənin İzmir şəhərində FETÖ terror təşkilatına qarşı əməliyyat zamanı 5 nəfər saxlanılıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İzmir Şəhər Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində təşkilatın gizli strukturunda fəaliyyət göstərdiyi müəyyən edilən 8 nəfər barəsində həbs qərarı çıxarılıb.

Polisin keçirdiyi əməliyyat zamanı şübhəlilərdən 5-i saxlanılıb.

Digər şübhəlilərin tutulması üçün axtarış tədbirləri davam etdirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər