- 9 Oktyabr 23:29
Namibiyanın Katima Mulilo şəhərində dondurucuda 4 uşaq cəsədi aşkar edilib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Namibiya polisi məlumat yayıb.
Məlumata görə, cəsədlərin aşkarlandığı dondurucu Zambezi bölgəsinin şimal-şərqində olub.
Ərazidə oyun oynayan uşaqlar dondurucuda köməksiz vəziyyətdə qalıblar.
Onlardan ikisi dondurucuda boğularaq ölüb, digər iki uşaq isə xəstəxanaya çatdırılıb.
Lakin onların da həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə