İngiltərədə 99 yaşlı qadın təyyarənin qanadında uçaraq rekord qırdı


  • 13:07

İngiltərədə yaşayan 99 yaşlı Helqa Daffi ikiplanlı təyyarənin qanadında uçaraq “Ginnesin Rekordlar Kitabı”na düşüb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu uçuşu xeyriyyə məqsədilə təşkil edərək təcili tibbi yardım xidmətinə ianə toplanmasına dəstək verib.

Daffi rekordunu 97 yaşında təyyarənin qanadında uçan və bu təcrübəni altı dəfə yaşayan Betti Bromagedən alıb. Bromage isə 100 yaşına çatanda rekordu yenidən qazanmaq üçün uçmağı planlaşdırdığını bildirib.

“Ginnesin Rekordlar Kitabı” 16 oktyabr 2026-cı ildə İngiltərənin Sirensester şəhərində keçirilən uçuşdan sonra Daffinin rekordunu rəsmən təsdiqləyib.

Tədbirdən əldə olunan ianələr Uiltşir və Bət hava təcili yardım xidmətlərinə yönəldilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər