Bu avtobusun son dayanacaq məntəqəsi dəyişdi


  • 13:57

Paytaxtın Sabunçu qəsəbəsində Mehdi Hüseynzadə küçəsinin Yeni Ramana küçəsi ilə kəsişməsindən 68 nömrəli məktəbin qarşısınadək olan hissəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyatı vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Məlumata görə, məhdudiyyət səbəbindən 49 nömrəli marşrutun son dayanacaq məntəqəsi müvəqqəti olaraq Yavər Əliyev küçəsində təyin edilib.

Oxşar xəbərlər