Ukrayna: Rusiyanın 4 raketi və 243 PUA-sı zərərsizləşdirilib


  • 13:44

Rusiya tərəfindən buraxılan 4 raket və 243 dron zərərsizləşdirilib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı məlumat yayıb.

Məlumatda bildirilib ki, Rusiya ordusunun Ukraynaya gecə saatlarında həyata keçirdiyi hava hücumu zamanı 4 raket və 243 pilotsuz uçuş aparatı (PUA) zərərsizləşdirilib.

Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, Kiyevə edilən hücum nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb. Paytaxtın 3 müxtəlif rayonunda dağıntılar qeydə alınıb.

Kiyev meri Vitali Kliçko bildirib ki, hücum nəticəsində tibb mərkəzi, metro stansiyası və yaşayış binaları zərər görüb.

Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı ölkənin müxtəlif bölgələrində hava hücumu təhlükəsinin davam etdiyini açıqlayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər