ABŞ Yaxın Şərqdəki vətəndaşlarına xəbərdarlıq etdi


  • 13:35

ABŞ Yaxın Şərqdəki vətəndaşlarını təhlükəsizlik vəziyyətinin mürəkkəb olması səbəbindən ehtiyatlı olmağa çağırıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin konsulluq məsələləri üzrə bölməsinin sosial şəbəkə hesabında yayılan açıqlamada mümkün uçuş ləğvləri, hava məkanının bağlanması və nəqliyyat problemləri ilə bağlı məlumatların izlənilməsi tövsiyə olunub.

Açıqlamada Yəməndəki İran tərəfindən dəstəklənən husilərin Səudiyyə Ərəbistanına hücumları nəticəsində mülki və kritik infrastrukturun zərər gördüyü, bunun da səfərlərdə fasilələrə səbəb olduğu bildirilib.

ABŞ vətəndaşlarına hava limanları və aviaşirkətlərin fəaliyyəti ilə bağlı yenilikləri izləmək, həmçinin fövqəladə hallar üçün əvvəlcədən plan hazırlamaq tövsiyə edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər