- 14:17
Çində əhalinin sürətlə yaşlanması və doğum səviyyəsinin azalması iqtisadi artım və istehlak üçün risklər yaradır.
E-huquq.az xəbər verir ki, “Beijing Daily” qəzetinin məlumatına görə, ötən ilin sonuna paytaxtda 60 yaşdan yuxarı 5,29 milyon nəfər yaşayıb. Bu, şəhər əhalisinin təxminən dörddə birini təşkil edib.
Proqnozlara görə, 2035-ci ilədək Pekin əhalisinin təxminən üçdə biri 60 yaşdan yuxarı şəxslərdən ibarət olacaq.
Çin hökumətinin doğum səviyyəsini artırmaq üçün həyata keçirdiyi tədbirlərin bu il təxminən 180 milyard yuana (26,92 milyard dollar) başa gələ biləcəyi gözlənilir. Eyni zamanda, yaşlı əhali üçün pensiya və sosial dəstək xərcləri artırılır.
2022-ci ildən əhalisi azalan Çində əmək qabiliyyətli insanların sayının da getdikcə azalacağı proqnozlaşdırılır. Bu tendensiyanın pensiya sisteminə təzyiqi artıracağı, daxili istehlakın genişlənməsini və iqtisadi artımı zəiflədə biləcəyi bildirilir.
Şəbnəm Mehdizadə