- 14:17
Türkiyənin Kayseri vilayətində yerləşən Erciyəs dağına zirvə yürüşü edən əcnəbi vətəndaş olan iki alpinistin axtarışına başlanılıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, alpinistlərdən biri qayalıqdan yıxılaraq aşağıya doğru sürüklənib.
Digər alpinistin məlumatı əsasında hadisə yerinə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD), Milli Tibbi Xilasetmə Qrupunun (UMKE) və Jandarmın Axtarış-Xilasetmə (JAK) dəstələrinin əməkdaşları cəlb olunub.
Qısa müddətdə alpinistlərlə əlaqə yaradan qruplar ərazidə axtarış-xilasetmə əməliyyatına başlayıblar.
Əməliyyata AFAD-ın peşəkar alpinistlərdən ibarət qrupu və dron heyəti də qoşulub.
Şəbnəm Mehdizadə