FHN Lənkərandakı qəza ilə bağlı məlumat yaydı


  • 16 May 2021 20:01

Fövqəladə Hallar Nazirliyi (FHN) Lənkərandakı qəza ilə bağlı məlumat yayıb.

Nazirlikdən e-huquq.az-a verilən xəbərə görə, FHN-in "112" qaynar telefon xəttinə Lənkəran şəhərində “Mercedes” markalı mikroavtobus və “ВАЗ” markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan "Mercedes" markalı mikroavtobusdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Oxşar xəbərlər