Birinci instansiya məhkəmələrinə 39 yeni hakim təyin olunacaq


  • 29 İyun 2022 15:25

Azərbaycanda birinci instansiya məhkəmələrinə yeni hakimlər təyin olunacaq.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, Məhkəmə-Hüquq Şurası tərəfindən 39 hakimliyə namizəd arasında ixtisaslaşma aparılıb və onların birinci instansiya məhkəmələrinə hakim vəzifələrinə təyin olunmaları üçün təkliflərin hazırlanıb. Təkliflərin yaxın günlərdə Prezident İlham Əliyevə təqdim olunacağı gözlənilir.

Həmin hakimlərin adları hələ ki, açıqlanmayıb.

Məlumat üçün bildirək ki, 200-dən çox namizəd isə seçim prosesinin müxtəlif mərhələlərindədir.

Qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndinə uyğun olaraq Azərbaycan Respublikası məhkəmələrinin hakimlərini Azərbaycan Respublikasının Prezidenti təyin edir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndinə və 95-ci maddəsinin 10-cu bəndinə uyğun olaraq Ali Məhkəmənin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin hakimlərini Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikasının Milli Məclisi təyin edir.

Oxşar xəbərlər