Bakıda evdən oğurluq etməkdə etməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayır


  • 11 İyun 17:47

Bakıda evdən oğurluq etməkdə təqsirləndirilən Rasim Elməliyev və Sergey Volovinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.

Hakim Samirə Məmmədlinin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Rasim Elməliyev və Sergey Volovin Maştağa qəsəbəsindəki evlərin birindən 1300 manat dəyərində təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaqda təqsirləndirilir. Onlara qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər