- 20:45
Gəncədə adam öldürməkdə təqsirləndirilən Yaqub Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Elmin Rüstəmovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyulun 22-də keçiriləcək.
Qeyd edək ki, 1996-cı il təvəllüdlü Yaqub Həsənov Gəncə şəhəri ərazisində aralarında yaranmış mübahisə zamanı 1986-cı il təvəllüdlü Vasif Həsənovu bıçaqlayaraq öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə