Antibiotik və şəkərli qidaların birgə qəbulu bağırsaq bakteriyalarına zərər verir


  • 15:39

Şəkərli qidaların antibiotik müalicəsi ilə eyni vaxtda qəbulu bağırsaq mikrobiomunun müxtəlifliyini azalda və təhlükəli infeksiyalara həssaslığı artıra bilər.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, "Nature" jurnalında dərc olunan araşdırmada kök hüceyrə transplantasiyasına hazırlıq məqsədilə uzunmüddətli antibiotik qəbul edən 173 xərçəng xəstəsinin 1000-dən çox nəcis nümunəsi və 9400-dən artıq yemək payı təhlil edilib.

Tədqiqatçılar müəyyən ediblər ki, antibiotik müalicəsi zamanı şəkərli qidaların və içkilərin istehlakının hər 100 qram artması bağırsaq mikrobiomunun müxtəlifliyini təxminən 24 faiz azaldır. Bu dəyişiklik Enterococcus faecium kimi potensial təhlükəli bakteriyaların çoxalması ilə əlaqələndirilib.

Siçanlar üzərində aparılan təcrübələr də oxşar nəticə göstərib. Antibiotik verilən siçanlarda şəkər qəbulu Enterococcus bakteriyalarının sayının bir neçə gün ərzində kəskin artmasına səbəb olub. Araşdırmaya görə, orta səviyyədən daha çox şəkər qəbul edən xəstələrdə transplantasiyadan sonra ölüm riski təxminən 12 faiz yüksək olub.

Alimlər nəticələrin xüsusilə antibiotik müalicəsi dövründə şəkər qəbulunun məhdudlaşdırılmasının əhəmiyyətini göstərdiyini bildirirlər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər