Peskov: İlham Əliyev və Nikol Paşinyan MDB-nin qeyri-rəsmi sammitində iştirak edəcək


  • 13:09

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan MDB-nin qeyri-rəsmi sammitində iştirak edəcəklər.

E-huquq.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Dmitri Peskov deyib ki, Rusiya Prezidenti Vladimir Putinin həm İlham Əliyev, həm də Nikol Paşinyanla ayrı-ayrılıqda ikitərəfli görüşləri olacaq.

"Bu iki gün ərzində Putin ayrı-ayrılıqda bütün liderlərlə görüşəcək", - Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, dekabrın 21-də Sankt-Peterburqda Avrasiya İttifaqı Ali İqtisadi Şurasının iclası, dekabrın 22-də isə MDB-nin qeyri-rəsmi sammiti keçiriləcək.

Mənbə: APA

Oxşar xəbərlər