Milli Məclisin sədri: "İrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayırıq"


  • 27 Yanvar 2023 14:00

"Yanvarın 27-də səhər saatlarında Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror aktını şiddətlə qınayırıq".

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova deyib.

"Bu xain hücumun tezliklə və obyektiv şəkildə araşdırılmasını, günahkarların cəzalandırılmasını tələb edirik. Hücumun qarşısını alarkən şəhid olan Səfirliyimizin əməkdaşına Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı veririk!" - deyə o qeyd edib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı hücumun qarşısını alarkən yaralanıblar.

Xəyalə Bünyatova

Oxşar xəbərlər